Modern.az

YAP rəsmisi: “Müxalifət partiyaları ilə istənilən an dialoqa hazırıq” - AÇIQLAMA

YAP rəsmisi: “Müxalifət partiyaları ilə istənilən an dialoqa hazırıq” - AÇIQLAMA

14 Yanvar 2013, 16:57

“Seçki ilində bizim müxtəlif səviyyələrdə, görüşlərimiz, dialoqlarımız gözlənilir”.

Bu barədə Modern.az saytına hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı açıqlama verib. Onun sözlərinə görə, hakim partiya müxalifət partiyaları ilə istənilən an dialoqa  hazıdır.

“Bizim qapılarımız dialoq üçün həmişə açıqdır. Bütövlükdə Azərbaycan cəmiyyətində dialoq mühiti mövcuddur. Azərbaycanda siyasi partiyalar arasında münasibətlər mövcuddur. Yeni Azərbaycan Partiyası da bütün siyasi partiyalarla dialoq mühitində fəaliyyət göstərməyə hazırdır.

Seçki ilində bizim müxtəlif səviyyələrdə, görüşlərimiz, dialoqlarımız gözlənilir. Dialoq üçün də açığıq və bizim üçün heç bir problem yoxdur”, - deyə YAP-çı deputat bildirib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir