Modern.az

Baş Dövlət Yol Polisi İdarəsi bütün avtomobil sahiblərinə xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi bütün avtomobil sahiblərinə xəbərdarlıq etdi

Ölkə

26 Fevral 2010, 12:12

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün nəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıq edib. İdarədən Modern.az-a verilən məlumata görə, xəbərdarlıq nəqliyyat vasitələrinə dövlət texniki baxışı ilə əlaqədardır. Qeyd edək ki, hər il yanvar ayının 1-dən oktyabr ayının 31-dək respublikada nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilir.

Nəqliyyat vasitələrinin sahibləri, eləcə də səlahiyyətli  şəxslər onlara məxsus nəqliyyat vasitəsini dövlət texniki baxışına həmin nəqliyyat vasitəsinə 2009-cu ildə təhkim olunmuş  texniki baxış talonunda müəyyən edilmiş  aydan gec olmayaraq  təqdim etməlidirlər. Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs nəqliyyat vasitəsini müvafiq sənədlərlə Dövlət Yol Polisinə təqdim etməlidir.

Bakı şəhərində və Abşeron rayonunda  qeydiyyatda olan fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinin sahibləri nəqliyyat vasitələrini dövlət texniki baxışından keçirilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Xırdalan-Binəqədi şossesi-4 ünvanında yerləşən Müayinə Mərkəzinə və ya Sabunçu rayonu Maştağa şossesində yerləşən Təchizat İdarəsinin Avtomobil Təsərrüfatında fəaliyyət göstərən Müayinə mərkəzinə təqdim etməlidirlər.

Respublika Baş Dövlət Yol Polis İdarəsi xəbərdarlıq edib ki. müəyyən edilmiş müddətdə texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin yol hərəkətində iştirakı dayandırılacaq, onların sahibləri və sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar. Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir