Modern.az

Sabah məktəblərdə sınaq imtahanları başlayır (imtahanların tarixləri)

Sabah məktəblərdə sınaq imtahanları başlayır (imtahanların tarixləri)

26 Fevral 2010, 12:45

Fevralın 27-də respublikanın ümumtəhsil məktəblərində əsas və orta təhsil kursları üzrə sınaq imtahanlarına start veriləcək. İmtahanların keçirilməsi məqsədilə respublika ərazisində 299 imtahan mərkəzi yaradılıb. Bu il hər bir imtahan mərkəzinə keçən ildən fərqli olaraq bir deyil, bir neçə imtahan rəhbəri təyin olunub. Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin məlumatına görə, sınaq imtahanları üçün bütün hazırlıqlar görülüb, ayrı-ayrı şəhər və rayonlarda şagirdlər, müəllimlər və valideynlər arasında təlimati işlər aparılıb, şagird bazası dəqiqləşdirilib, imtahan mərkəzləri müəyyənləşdirilib, şagirdlərin adlı siyahısı yerlərə göndərilib, onların kodu haqqında məlumat verilib. Sınaq imtahanları 27 fevral - 4 aprel aralığında keçiriləcək. İmtahanların keçirilməsi məqsədilə respublika ərazisində 299 imtahan mərkəzi yaradılıb. Bu il hər bir imtahan mərkəzinə keçən ildən fərqli olaraq bir deyil, bir neçə imtahan rəhbəri təyin olunub. Hər mərkəzdə öz biliyini 400-500 şagird sınayacaq. İmtahanlara ümumi respublika üzrə 140 minə yaxın doqquzuncu, 97 mindən artıq onbirinci sinif şagirdi cəlb ediləcək. Doqquzuncular ana dili və riyaziyyat fənləri üzrə hərəsi 25 sual olmaqla, cəmi 50 suala cavab verməlidirlər. Doqquzuncular bilik sınağında ilk dəfə iştirak edirlər.

Onbirincilər isə 120 sual olmaqla, 8 fəndən (ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil) imtahan olunacaqlar. Yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahanının nəticələri nəzərə alınmaqla çıxarılacaq.  

Nazirlikdən bildirilib ki, yoxlama imtahanının əsas məqsədi təhsilin səviyyəsini öyrənməkdir. Buna görə də orta təhsil kursu üzrə yoxlama imtahanlarına hər fəndən sualların yalnız 20-30 faizi test külliyyatından salınacaq. Qalanları isə tamamilə yeni suallar olacaq. Əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarında isə sualların hamısı test külliyyatından salınacaq. Orta təhsil kursu üzrə sınaq imtahanları Orta təhsil kursu üzrə yoxlama imtahanlarının yeri və vaxtı belə müəyyənləşdirilib: 27 fevral 2010-cu il tarixdə - Bakı və Sumqayıt şəhərlərində; 13 mart 2010-cu il tarixdə - Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında; 27 mart 2010-cu il tarixdə -  Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında 3 aprel 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala, və Qobustan rayonlarında; 27 mart 2010-cu il tarixdə - Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində yoxlama imtahanı məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək. Əsas təhsil kursu üzrə yoxlama imtahanları Təhsil nazirinin əmrinə əsasən, əsas təhsil kursu üzrə yoxlama imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçiriləcək: 28 fevral 2010-cu il tarixdə - Bakı və Sumqayıt şəhərlərində; 14 mart 2010-cu il tarixdə - Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında; 28 mart 2010-cu il tarixdə - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında; 4 aprel 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında; 28 mart 2010-cu il tarixdə - Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində yoxlama imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək. Nazirlikdən bildirilib ki, yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə sinif jurnallarına yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq. Adəm Qorxmaz

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu