Modern.az

Azərbaycandakı böyük şirkətlər Xocalı soyqırımı tədbirlərinə niyə qoşulmurlar?

Azərbaycandakı böyük şirkətlər Xocalı soyqırımı tədbirlərinə niyə qoşulmurlar?

26 Fevral 2010, 13:56

Bu gün Azərbaycanda dünya səviyyəsində tanınan bir sıra xarici korporasiyalar, kompaniyalar, şirkətlət fəaliyyət göstərir. Onların bəzilərinin Azərbaycandakı fəaliyyət müddəti 10 ili keçsə də, belə qurumıların Azərbaycanla bağlı, xüsusilə də erməni teroru, erməni işğalı ilə əlaqədar mövqeləri qaranlıqdır. Hər halda, həmin qurumların Azərbaycanın haqq səsinin dünyaya çatdırmaq işindəki fəaliyyəti hiss edilmir. Halbuki, dünyanın bir çox ölkəsində əcnəbi şirkətlər çalışdıqları ölkənin qanunları ilə hərəkət edir, o ölkənin xalqının dəyər verdiyi məqamlara çox həssas yanaşırlar.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc mövzu ilə bağlı Modern.az saytına bildirib ki, Azərbaycan bütün məqamlarda belə məsələlərə xüsusi diqqət verib: “Hətta ilk dönəmlərdə Qarabag probleminin iqtisadi əməkdaşlıqla bağlı müqavilələrə salınmasını istəyib.

Ancaq hadisələrin gedişi onu göstərdi ki, iqdisadi qurumlar siyasi həyata qarışmaq istəmirlər. Buna müxtəlif səbəblər göstərilir. Şirkətlərdə ayrı-ayrı millətlərin nümayəndələrinin işlədiyi əsas gətirilir və s”.  

Deputat  hesab edir ki, onlardan bunu yüzə-yüz tələb etmək yanlışlıq olardı: “Amma başqa bir məsələ də var. Azərbaycanda böyük xarici neft kompaniyaları fəaliyyət göstərir. Hesab etmirəm ki, onlar Azərbaycan xalqının başına gətirilən müsibətlərdən xəbərsizdilər. Onlar Xocalı soyqırımından, xalqımızın başına gətiriliən digər faciələrdən məlumatlıdırlar.

Ona görə də heç olmasa, ən azından belə kompaniyaların nümayəndələri Xocalı soyqırımı ilə bağlı “Ana Fəryadı” abidəsini ziyarət edə bilərlər. Bu soyqırımla bağlı müxtəlif layihələr gerçəkləşdirə bilərlər. Hesab edirəm ki, bu mövzunu ictimailəşdirmək lazımdır. Ancaq onlara qarşı ultimativ şəkildə getmək olmaz”.

 

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər