Modern.az

Deputat ermənilərin saytını ifşa etdi

Deputat ermənilərin saytını ifşa etdi

Ölkə

3 Mart 2010, 09:55

Ermənilərin apardığı saxta informasiya müharibəsi artıq erməniliyi də keçib. Göbbelsin “yalanı daha çox deyin, o zaman inanacaqlar” prinsipi erməni texnoloqları üçün vizit kartıdır, onların həyat tərzidir. İnternetdə bu həyasızlığın daha bir nümünəsi  peyda olub.  Ermənilər tərəfindən altı dildə hazırlanmış “xocali.net” saytı və orada yerləşdirilən materiallar bir məqsədə xidmət edir - dünyanın artıq baş verdiyinə əmin olduğu Xocalı soyqırımı barədə yalan məlumat vermək, beynəlxalq ictimaiyyəti çaşdırmaq! Saytda yerləşdirilən yazılarda erməni texnoloqlar Xocalıda baş verən soyqırımında ermənilərin əlinin olmamasını göstərməyə cəhd edir, bunu “azərbaycanlıların işi” kimi qələmə verirlər. Absurd və cəfəng iddia!    Ermənistan artıq Xocalı qətliamının onun üçün necə dəhşətli bir ittihama çevrildiyini, bunun onların boynundan asılan dəyirman daşı olduğunu, dünya ictimaiyyətının gözünə kül üfürməyin mümkün olmadığının fərqindədir. Bunun üçün hər vəhclə tərətdikləri bu soyqırımının məsuliyyətini üzərlərindən atmağa çalışırlar.   Sayt altı dildə - rus, azərbaycan, ingilis, alman, fransız, fars dillərində hazırlanıb. Ermənilər əsas diqqəti faciə ilə bağlı müxtəlif intenet saytlarında qoyulmuş şəkillərə yönəldiblər. Onlar yazıda vizual effekt üçün qoyulmuş şəkilləri guya “araşdırmış”, bu zaman mövzuya aid olmayan şəkilləri taparaq xislətlərinə uyğun olaraq yararlanmağa çalışıblar.  

Modern.az saytı öncə bu şeytani saytla bağlı “Soysuz və qırımsız erməni hiyləgərliyi” yazısı dərc etdi və yazını həmin sayta da göndərdi. Bunun ardınca məsələni araşdırmağa çalışdı.

Qeyd edək ki, ermənilər deputat Həvva Məmmədovanın Xocalı soyqırımı ilə bağlı kitabından da sitat gətirərək həmin nəşrdəki bir kişi cəsədinin şəklinin montaj edildiyini iddia edirlər.

Modern.az məsələ ilə bağlı deputata müraciət edib. Həvva Məmmədova saytımıza açıqlamasında biıldirib ki, kitabında şəkli olan şəhidlərin hər birinin yaxınlarını tanıyır: “Ermənilərin bu iddiaları da digər iddiaları kimi iftiraya söykənib. Şəkildə

gördüyünüz Şəfa Mehtiyevdir.  Əslən Xocalıdan olan bu soydaşımız 1941-ci ildə Xocalıda anadan olub. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdikləri Xocalı soyqırımı zamanı şəhid olub. Onunla birlikdə oğlu Murad Mehtiyev, nəvələri Aysel və Gülmir Mühtiyevalar da erməni terrorunun qurbanı olublar. Şəhid Şəfa Mehtiyevin 1 oğlu və 5 qızı var. Onlar Mingəçevir və Naftalan şəhərlərində məskunlaşıblar. Qızlarının adı Zabilə, Gülxar, Dünya, Reyhan , Gülnar, oğlunun adı isə Nizamidir. Onlar ermənilərin  iftirasından hiddətləniblər. Açıqlama verəcəklər”.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!