Modern.az

Ötən il meşələrimizdə 34 min kub metr ağac qanunsuz qırılıb

Ötən il meşələrimizdə 34 min kub metr ağac qanunsuz qırılıb

Ölkə

3 Mart 2010, 21:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentindən verilən məlumata görə, meşələrin qorunması və artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilsə də, qanunsuzluqlara son qoyilmayıb.

Departament bildirib ki, 2003-cü ildə yol verilmiş qanunsuz meşə qırıntılarının həcmi 49 min kub metr olduğu halda, bu göstərici görülmüş tədbirlər nəticəsində 2009-cu ildə 15 min kub metr azalaraq 34 min kub metr olub. Aparılan təhlillər göstərir ki, hələ də müşahidə edilən qanunsuz qırıntılar əsasən qış aylarında dağ kəndlərində əhalinin enerjiyə artan tələbatı ilə bağlıdır. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü