Modern.az

Sabiq AzTV-çilərdən xəbər var

Sabiq AzTV-çilərdən xəbər var

Ölkə

4 Mart 2010, 12:22

Televiziya və Radio İşçilərinin Hüquqlarını Müdafiə Komitəsi AzTV-dən işdən uzaqlaşdırılanların maddi durumunun ağırlaşdığını bəyan edib. Komitənin üzvü, jurnalist Vüqar Tapdıqlı Modern.az-a bildirib ki, 2006-cı ildən bəri ötən 4 il müddətində AzTV QSC-dən mindən artıq adam işdən çıxarılıb. O, həmin şəxslərin maddi durumlarının çox ağır olduğunu verğulayıb. “İşsizlikdən əziyyət çəkən istedadlı və peşəkar işçilərin əksəriyyəti yavan çörək ala bilmirlər”. Müdafiə Komitəsinin üzvünün sözlərinə görə sabiq AzTV-çilər iş tapa bilmədiklərindən dolanmaq üçün ev eşyalarını belə, satırlar. “Bir xanım rejissor məcburiyyət qarşısında qalıb qızıldan düzəldilmiş diş protezlərini satıb. Kommunal xərcləri ödəyə bilməyənlərin sayı yüzlərlədi”. V.Tapdıqlı müvafiq orqanları son 4 ildə AzTV QSC-də baş verənləri araşdırmağa çağırıb. Onun sözlərinə görə, işdən çıxarılanlarla bağlı cəmiyyəti şoka salan hekayətlər var.

Komitənin üzvü deyir ki, son dörd ldə AzTV-dən işdən uzaqlaşdırılanların əksəriyyəti istedadlı və peşəkarlardı və onlar şəxsi ambisiyaların qurbanı olublar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu