Modern.az

Ermənistan İsraildə lənətləndi - ANIM

Ermənistan  İsraildə lənətləndi - ANIM

28 Fevral 2013, 12:52

Heydər Əliyev Fondunun Təl-Əvivdəki anım tədbirində tarix bir daha xatırlanıb


"Biz İsraildə müharibənin nə olduğunu dünyanın bütün nöqtələrində olduğundan daha yaxşı başa düşürük. Biz terror aktları nəticəsində, müharibə nəticəsində ölən doğmalarımızı torpağa basdırmanın nə olduğunu bilirik. Buna görə də biz Azərbaycan xalqının acısını anlayırıq. Biz İsraildə bu günahsız qurbanların xatirəsini yad eləməliyik".

Bu sözləri İsrailin aborsiya naziri Sofa Lander Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Təl-Əvivdəki Soyqrımı Muzeyində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anım tədbirində çıxışı zamanı deyib.

Faşist cəlladlarının yəhudi xalqına qarşı törətdiyi cinayətlərin xatirəsinə yaradılmış muzeydə keçirilən tədbirdə İsrailin məhşur siyasi xadimləri və tanınmış isimləri iştrak edib. Anım mərasiminə gələnlər sırasında  müdafiə sənayesinin aparıcı üzvlərindən biri Leonid Mişne, Təl-Əviv Universitetinin dünyada məşhur profesoru Yaqub Yaqubov, "Tarbut-a-dyur" şirkətinin  Direktorlar Şurasının üzvü Yuri Boçarov, eks-müdafiə naziri Efrasim Sne, “İsrail-bizim evimiz” partiyasından olan parlamentin deputatı Faina Kirşenbaum, məşhur jurnaistlər Marka Qorina və Viktor Dolinski olub. Bundan başqa tədbirdə  İsrailin böyük şəhərlərinin vitse-merləri də qatılıb.

“Sovet İttifaqında ilk qaçqın fenomenini Ermənistan yaradıb”

İsraildəki Azərbaycan mədəniyyəti mərkəzinin rəhbəri Yeganə Salman Xocalı soyqırımının 21-ci il dönümünə həsr olunmuş gecənin aparıcısı olub.Yeganə Salman Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım tədbirində bu dəhşətin əsas məqamlarını yada salıb. O, bu dəhşətli faciədə öldürülmüş yüzlərlə azərbaycanlının olması ilə yanaşı, Ermənistanın dünyada Azərbaycanın bütov ərazisi kimi qəbul edilmiş Dağlıq Qarabağdan azərbaycanlıları zorla qovduğunu xatırladıb.

"Sovet İttifaqında ilk qaçqın fenomenini Ermənistan yaradıb və daha sonra bütün Qafqazı əhatə edən neqativ hadisələrin baş verməsinə şərait yaradıb. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və bu gün də işğalı davam etdirir. Xocalı faciəsi isə Ermənistanın Azərbaycana qarşı Qafqazda apardığı müharibənin ancaq bir epizodudur”-deyə Yeganə Salman söyləyib.

“Bu düşmənlərimizin gücünün yox, zəifliyinin nümayişidir” 

Azərbaycan Milli Məclisinin deputatı Fuad Muradov  bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Rusiya bölməsinin bir neçə il bundan əvvəl başlatdığı "Xocalıya ədalət" kampaniyası dünyanın 80 ölkəsində aparılır. 

"Bu kampaniya ədalətin bərpa olunmasına və zəfər qazanmasına yönləndirilib. Bu gün dinc Xocalı sakinlərinin öldürülməsində məsuliyyət daşıyan insanlar, həmçinin  Ermənistanın hazırki prezidenti Serj Sərkisyan törətdikləri bu cinayətlə fəxr edir və bunu Ermənistanın gücünün nümayişi sayırlar. Onlar yanılırlar.

Bu, düşmənlərin gücünün yox, zəifliyinin nümayişidir. Çünki güclülər qadınlarla, uşaqlarla, qocalarla müharibə etmirlər. Bütün sağlam düşüncəli insanlar gec-tez Dağlıq Qarabağın Azərbaycanın tərkibində olacağını bilirlər. Biz münaqişənin sülh yolu ilə reallaşması üçün əlimizdən gələn hər şeyi edirik. Lakin bu alınmasa, biz başqa üsüllara əl atmağa məcbur qalacağıq. Lakin bütün dünyaya bildirmək istəyirik ki, biz müharibə istəmirik”.

“Biz tanriya yalvarırıq ki, Azərbaycan torpaqlarına sülh gəlsin”

Tribunaya qalxan ravvin  Şmuyel Siman Tov çıxşını yarı ivrit, yarı Azərbaycanca davam etdirib.
"Azərbaycan və yəhudi əhalisi neçə əsrlərdir Azərbaycanda qardaş kimi yaşayır. Xocalı  soyqırımı, Qarabağ faciəsi bizim də dərdimizdir. Bu Azərbaycanda yaşayan yəhudilərin faciəsidir. Bu soyqırımı zamanı bir çox yəhudi də ermənilər tərəfindən öldürülüb”.

Daha sonra ravvin yəhudilərin milli bayramı olan Purimin yaranma tarixini xatırladaraq ermənilərin əməllərini “Tövrat”da lənətlənən Amanla eyniləşdirib: “Tanri yer üzündən bütün yahudiləri silmək istəyən Amanın planlarını alt-üst edib. Lakin çox böyük ürək ağrısı ilə demək istəyirəm ki, Qədim Persiyada Amanın edə bilmədiyini ermənilər Xocalıda etdilər. Biz tanriya yalvarırıq ki, Azərbaycan torpaqlarına sülh gəlsin. Azərbaycan öz ərazi bütövlüyünə qovuşsun və bizim İsrailimiz kimi planetin ən güclü dövlətlərindən birinə çevrilsin"–deyə Siman Tov öz nitqini başa çatdırıb.

Tədbirin əsas hadisəsi "Xocalıya Ədalət" kampaniyasının tərkibində yaradılmış "Sonsuz Dəhliz" adlı sənədli filmin təqdimatı olub.

Tədbirin yekununda "Azİz"in nümayəndəsi Aleks Miller bildirib ki, İsrail əhalisinin bir hissəsi, əsasən də cavanlar Xocalı soyqırımı  haqda heç nə eşitməyiblər. İsrail əhalisinə Xocalı həqiqətlərini çatdırmaq siyasi və tərbiyəvi əhəmiyyət daşıyır.

"Sözsüz ki, bu soyqırımının həqiqətlərinin çatdırılması İsrail və Azərbaycan əlaqələrinin gələcək inkişafi dinamikasında az əhəmiyyət daşımayacaq. Onu da bildirim ki, bu əlaqələrin dinamikası son zamanlarda çox pozitiv nəticədədir. Ümid edirəm ki, bu sərgi Xocalı həqiqətlərini geniş ictimaiyyətə çatdıracaq”.

Qeyd edək ki, "Xocalı həqiqətləri" sərgisi İsrailin müxtəlif yaşayış yerlərini dolaşacaq və ilin sonunadək bu davam edəcək.

Günəş Fərhadlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi