Modern.az

Sərdar Cəlaloğlu: “Rüstəm İbrahimbəyov, axı sən müxalifət üçün nə etmisən ki?”

Sərdar Cəlaloğlu: “Rüstəm İbrahimbəyov, axı sən müxalifət üçün nə etmisən  ki?”

4 Mart 2013, 16:55

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ziyalılar Forumunun lideri, kinorejissor Rüstəm İbrahimbəyovun müxalifəti  Milli Şura yaratmağa səsləyən  çağırışını tənqid edib. ADP sədri Modern.az-a açıqlamasında R.İbrahimbəyovu müxalifəti idarə etməkdə ittiham edib.

“Mən bunu siyasi etika baxımından düzgün hesab etmirəm ki, kimsə bizə yuxarıdan göstəriş versin. Bu doğru deyil ki, hardansa durub deyirlər ki, bu belə olmalıdır. Siyasi partiyalar müəyyən insanların əməyi hesabına başa gəlir. İndi dur sən dedən ki, gəlin belə edin. Axı sən müxalifət üçün nə etmisən ki, belə də təklif irəli sürürsən?”

ADP sədrinin sözlərinə görə, Milli Şurasnın ideyası naməlumdur. “Bilmirik bu  nəyə qulluq edir. Bu kimlərsə tərəfindən hazırlanan ideyadır. Çalışırlar müxalifətə qəbul etdirilsin. Mən 20 ildir siyasətdəyəm, öz partiyam və yolum var. Bizim xəbərimiz olmadan Milli Şura yaradılır. Bu da bilirsiz nəyə bənzəyir? Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Odur ki, bizə bu barədə heç kim, heç nə deməyib”,-deyə partiya sədri R.İbrahimbəyovu tənqid edib.

Qeyd edək ki, Ziyalılar Forumunun lideri, kinodramaturq Rüstəm İbrahimbəyov prezident seçkiləri ilə bağlı müxalifətə xüsusi təklif irəli sürüb. Belə ki, dramaturq bu gün mətbuatda dərc olunan məqaləsində Milli Şura ideyasını yenidən gündəmə gətirərək bildirib ki, müxalif düşərgəyə mesajlarını verib.

Bildirib ki, Milli Şura demokratik qüvvələrin ədalətli və düzgün seçkilərin keçirilməsi üçün şəraiti təmin edən ümumi strategiyasını müəyyən edəcək. Daha sonra bütün aparıcı ictimai siyasi qüvvələrin və partiyaların fikrini nəzərə alaraq, prezidentliyə vahid namizədi irəli sürəcək.
 

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi