Modern.az

İlhamə Quliyeva Milli Məclisdən toxunulmazlıq statusu istəyir

İlhamə Quliyeva Milli Məclisdən toxunulmazlıq statusu istəyir

4 Mart 2013, 17:05



Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli müğənni İlhamə Quliyeva xalq artisti Nazpəri Dostəliyeva ilə olan qalmaqalına rəsmi səviyyədə münasibət bildirilməsini istəyib. Xatırladaq ki, Nazpəri Dostəliyeva İlhamə Quliyevanı “10LAR” verilişində parodiya edib. Qalmaqal da elə bu verilişdən sonra baş verib.

Modern.az-a açıqlamasında İlhamə Quliyeva Milli Məclis rəhbərliyindən kömək istəyib. O, “Müğənnilərin toxunulmazlığı haqqında” qanunun qəbul olunması üçün Milli Məclisin spikeri Oqtay Əsədova müraciət edib:

“Artıq bu barədə danışmaq istəmirəm. Bu, bütün sənətkarların istəyidir. Mən də bunu onların adından etdim”.

Gültəkin Ələsgər  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı