Modern.az

“Vahid Ələkbərov Azərbaycan dilini bilmir, necə prezident ola bilər?”

“Vahid Ələkbərov Azərbaycan dilini bilmir, necə prezident ola bilər?”

Ölkə

5 Mart 2013, 11:10

“ABŞ Rusiyanın Qafqazda hökmranlığı tam ələ almasını qətiyyən qəbul etməyəcək. Bu cəhətdən Azərbaycanla ABŞ-ın əməkdaşlığının intensivliyi artacaq. Ancaq bütün hallarda hər bir xarici diversiyanın, siyasi ssenarilərin qarşısını hansısa xarici bir ölkə deyil, məhz Azərbaycan xalqı və dövləti almalıdır”. Bu sözləri Modern.az-a Milli Məclisin müdafiə məsələləri və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc son zamanlar ölkə KİV-lərində Rusiya təhlükəsi barədə açılan geniş müzakirələri şərh edərkən bildirib.

Qeyd edək ki, son günlər Gürcüstan prezidenti Mixail Saakaşvillinin məlum bəyanatı artıq bütün diqqəti Rusiya təhlükəsinə yönəldib. Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Rusiya ilə yanaşı, digər super güc ABŞ-ın da maraqları var.  Regionda ABŞ-ın da maraqlarının olduğunu nəzərə alaraq bu ölkənin Rusiya təhlükəsinə qarşı hər hansı tədbir həyata keçirəcəyi nə dərəcədə realdır? ABŞ Azərbaycanın təhlükəsizliyi üçün bu mənada hər hansı qarantiya verə bilərmi?

Azərbaycanı heç bir dövlət siğortalaya bilməz

Zahid Orucun fikrincə, Azərbaycanı heç bir dövlət siğortalaya bilməz. “Belə məsələlər qarantiyalarla həll olunmur. İki beynəlxalq güc arasında rəqabət olmasına baxmayaraq, hər hansı tərəf Azərbaycana qarantiya verə bilməz. Digər dövlətin ölkəmizin həyatında ictimai-siyasi proseslərdə rol oynamasına qarşı tam şəkildə müdaxilə etmək gücündə deyillər. Qərbin də keçmişdə müxtəlif ölkələrdə həyata keçirdiyi kampaniyalar olub. Həmçinin dövlətin müxtəlif qərarlarını ələ keçirmək, onu geopolitik cəhətdən idarə etmək təcrübələri var. Avropa dövlətlərinin də müstəmləkəçiliyə əsaslanan idarəçilik mexanizmləri olub. O cümlədən Rusiya da bəzən kobud və gizli şəkildə öz istədiyi ssenariləri reallaşdırmağa çalışıb. Bəzən etnik amilləri qızışdıraraq, iqtisadi sanksiyalar vasitəsilə bu istəklərini ifadə ediblər.Bir sözlə Azərbaycanda xaotik proseslər olarsa, seçki mübarizəsinin daha artıq dərəcədə xarici maraqların reallaşdırılması meydanına çevirərlərsə, bu halda avtomatik olaraq Qərbin də mənafeyi ziyan çəkmiş olur”.

“Vahid Ələkbərov heç Azərbaycan dilində danışa bilmir”

Komitə üzvü onu da qeyd edib ki, Rusiya siyasi elitasının Azərbaycana kənarda dövlət rəhbəri hazırlaması real görünmür. Gürcüstan prezidentinin dediklərini həqiqətə uyğun saymadığını deyən deputat vurğulayıb ki, Rusiyanın belə bir addım atması özünə qarşı çevrilə bilər.

“Milyarderlərin himayə olunmağı və onun layihə kimi Azərbaycana hökumət modeli qaydasında tətbiq etmək real deyil. Çünki o şəxslər özlərində liderlik keyfiyyətlərini daşıyan və xalq tərəfindən yüksək sayğı ilə qəbul olunan insanlar deyil. Vahid Ələkbərov öz iqtisadi fəaliyyəti fonunda Rusiyanın təsiri və qərarları altında olmasına baxmayaraq onun Azərbaycana qarşı təxribata əl atacağı gözlənilmir. Çünki o ilk böyük kapitalını bizim ölkəyə yatırıb. Onun Azərbaycan dilini bilmədiyini də nəzərə alsaq, hansı qiyafədə və statusda Azərbaycana rəhbər şəxs kimi gətirilməsi mümkün deyil”.
Deputatın sözlərinə görə, Saakaşvilli Gürcüstanın Rusiya ilə münaqişəsinə Azərbaycanı da qoşmaq niyyəti ilə belə bir bəyanat səsləndirib. Buna görə də mövzu dərinləşib.
“Media orqanları bu məsələ ətrafında geniş polemika apararkən xeyli dərəcədə realist olmalıdırlar. “Rusiya XI Qızıl ordunun üzərində yeni prezident hazırlayır” kimi rəyləri cəmiyyətə çıxarmaqla beynəlxalq aləmin tərkib hissəsi olduğumuzu unuduruq. Azərbaycan xalqının iradəsinin ortada olmasını yaddan çıxarırıq”-deyə bildirib.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu