Arxiv
6 mart 2013, 11:42 | AKTUAL
Etimad İsmayılov Türkiyədə Eynulla Fətullayevi nə ilə təəccübləndirib?

Məlum olduğu kimi, jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayev bu günlərdə Türkiyədən qayıdıb. O, qardaş ölkənin bir neçə telekanalında canlı yayımlanan və türk siyasətçilərinin, hökumət təmsilçilərinin, eləcə də siyasi icmalçıların qatıldığı teledebatlara siyasi ekspert kimi dəvət olunmuşdu. Qeyd edək ki, həmin müzakirələrin əsas mövzusu Türkiyənin Avropa Birliyi ilə münasibətləri, Avropadakı türk icmasının Qərb cəmiyyətinə inteqrasiyasının hazırkı durumu və gələcək perspektivləri ilə bağlı idi.

Onu da xatırladaq ki, E.Fətullayev Almaniyada insan haqlarının durumuna həsr olunmuş və Avropada böyük rezonans doğurmuş “Avropanın qürubu, yaxud liberal dəyərlərin böhranı” adlı  hesabatın müəllifidir. Bu hesabatda Almaniyadakı türk icmasının durumu da geniş əks olunub. Hüquq müdafiəçisinin məruzəsi Türkiyədə də böyük maraq doğurub və həmin dəvət də məhz bununla bağlı idi.

Maraqlıdır ki, E.Fətullayev Türkiyədə olarkən Ədalət Partiyasının sədr müavini Etimad İsmayılovla da görüşüb və ondan müsahibə alıb. Partiyanın mətbuat xidməti rusdilli Haqqin.az saytında dərc olunmuş həmin müsahibənin Azərbaycan  dilinə tərcümə olunmuş variantını yayıb.

Siyasətə dildə Allah ilə…

Mən Etimad İsmayılovu uzun illərdir tanıyıram. O həmişə atasının-tanınmış siyasi xadim İlyas İsmayılovun yanında olub. Mən heç də onun siyasi karyerasının parladığı -baş prokuror və ya ədliyyə naziri postlarındakı, yaxud deputat statusu daşıdığı indiki xoş günləri nəzərdə tutmuram. Xatırlayıram ki, 1998-ci ilin o məşum, nəhs günlərində, icazə verilmiş mitinqdə iqtidarayaxın idmançı briqadalarının dazbaşları günün-günortaçağı müxalifətçi İlyas İsmayılova hücum edəndə Etimad öz atası uğrunda necə döyüşürdü.

Aradan illər keçdi və mən türmədə olarkən qəmli bir xəbər eşitdim-Etimadı da həbsə atıblar. Və o, dörd divar arasında təxminən elə mənim qədər “yatdı”. Fərqimiz ondaydı ki, o, “cəzasını” qürbətdə çəkirdi, orada isə hər şey ən azı üçqat çətin idi. Azadlığa da təxminən eyni vaxtda çıxdıq. Mən burada qaldım, o isə qonşu Türkiyəyə getdi.

Bu yaxınlarda Türkiyədə olarkən onunla görüşdüm. Və söhbət əsnasında başa düşdüm ki, mənim qarşımda daha çox Ərdoğanın yeni və yaradıcı siyasi İslam modeli düşüncəsinə uyğun gələn tamam başqa bir Etimad dayanıb. Həmin anda mənə həm də nədənsə elə gəldi ki, tezliklə o, Ədalət Partiyasında da dəyişiklik edəcək və atasını əvəzləyəcək. Onunla söhbətimizi oxuyandan sonra bu barədə siz də düşünün.

- Başlayaq  Sizin  Rusiyadakı səs-küylü həbsinizdən. Zənnimcə, bu günə gədər həbsinizin əsl səbəblərinə tam aydınlıq gətirməmisiniz və razılaşın ki, həmin işdə siyasi kontekst danılmazdır. Bakıda ardı-arası kəsilməyən şayiələr dolaşırdı ki, həbsinizin sifarişçisi Rusiya prezidenti Putinin dostu İlham Rəhimovdur. İndi özünüzdən eşitmək istəyirik: Sizi niyə həbs etmişdilər?

- Qısa şəkildə onu deyə bilərəm ki, mən Çelyabinsk vilayətinin “Prodkorporasiya” (“Ərzaq korporasiyası")  Dövlət unitar müəssisəsi ilə buğda alış-verişi barədə müqavilə imzalamış və mala görə əvvəlcədən 100 faiz ödəniş etmişdim. Lakin nə malı, nə də ona görə ödənilən pulu ala bilməyəndə faktla baglı bir neçə arbitraj araşdırılmalarına baş vurdum və hamısında qalib gəldikdən sonra - Çelyabinsk vilayətinin vəzifəli şəxslərinin korrupsiya əməlləri ilə bağlı Rusiya Baş Prokurorluğuna müraciət etdim. Onda Çelyabinsk vilayətini , yeri gəlmişkən, Rusiyanın  ən qüdrətli regionlarının birini azğın “zek”lərdən yox, vilayət rəhbərliyinin, region üzrə Federal Təhlükəsizlik Xidmətinin, məhkəmə korpusunun yüksək rütbəli əməkdaşlarından ibarət  “Kalininskaya semya” ("Kalinin ailəsi")  adlı cinayətkar dəstənin idarə etdiyini bilmirdim. Olduqca geniş inzibati və maliyyə resurslarina malik bu mafiya uydurduğu cinayət işi əsasında məni təcrid etmək və cəzalandırmaq üçün həbsə aldırdı. Bu addımın siyasi konteksti, açılan cinayət işinin sifarişli olmasindaydı; məqsəd isə bu uydurma cinayətin vasitəsilə vilayət üzrə o dövrdəki Federal Təhlükəsizlik Xidmətinin korrupsiyaya ugramiş rəhbərliyinin - sabiq vilayət gubernatorunun ətrafında olan kompanyonlarının qaranlıq işbazlıqlarını ört-basdır etməkdi. İlham Rəhimova gəldikdə, o mənim həbs olunmağımın təşəbbüskarı olmasa da, həbsxanada maksimum qalmagım üçün əlindən gələni əsirgəmədi.

 - Uzun illər həbsxanada, üstəlik qürbətdə oldunuz. Həbsxana Sizi bədbinliyə, zamansızlığa düçar etmədi ki? Həmin illəri əvəzsiz, itirilmiş sayırsınız, yoxsa bir növ həyat məktəbi?

- Məhbusu yalnız onun kimi əzab cəkmiş əzabkeş anlaya bilər. Ləyaqəti, qüruru, məsuliyyət hissi, daxili azadlığı, dərin ədalət hissi olan bir insan, şəxsiyyət üçün həbsxana ağır imtahandır. Mənim düşüncəmə görə, həbsxana elə bir sınaq yeri,  məktəbidir ki, orada mövcud olmaq yox, yaşamaq lazımdır. Ancaq bu məktəbi, necə deyərlər, qiyabi başa vurmaq daha arzuolunandır. Həbsxanada mənim kainatı, öz təyinatımı dərk etmək, günahlarımin cılızlığını başa düşmək və onların bağışlanması üçün dua etmək imkanım var idi. Bu, Allah-təalanın mənə müəyyən etdiyi yol idi və mən Allaha həm də ona görə minnətdaram ki, O məni qorudu, bəsirət gözümü açdı  və günahlarımı yumaq imkanı verdi.

- Atanız İlyas İsmayılov vaxtilə hakimiyyətə əsas namizədlərdən biri olub. Ölkənin siyasi həyatında fəal iştirak edirdi. Və birdən-birə kölgəyə çəkildi, baxmayaraq ki, hələ də müxalifət partiyasının sədridir. Nə baş verdi? Atanızı cəsarətlə müxalif cəbhənin konstruktiv qanadına aid etmək olarmı?

- Ədalət Partiyası istər keçmişdə, istərsə də  bu gün ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə, cəmiyyətimizdə qanunun aliliyinin təmin olunmasına, hakimiyyətin bölünməsi prinsipinin gözlənilməsinə, vicdandan başqa hər şeydən müstəqil məhkəmə sisteminin yaradılmasına, sosial ədalət prinsiplərinə riayət edilməsinə, vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının real olaraq gerçəkləşməsinə iddia edib, hakimiyyətə yox. Bu istiqamətdə bizim mübarizəmiz bir an belə dayanmayıb. Sadəcə, daxili və xarici şəraitin təhlili, dövlətçiliyimizə real təhdidlərin mövcudluğu bizim mübarizənin taktiki üsullarını dəyişdirdi.

Ozümüzü "müxalifətin konstruktiv qanadı"na - hansı ki, bizim nəzərimizcə, hec müxalifət deyil, - aid etmirik. Biz özümüzü “müxalifətin radikal qanadı”nda da görmürük, çünki radikal siyasi mübarizə silahlı qarşıdurmanı nəzərdə tutur, hıqqanma  və ağızdan köpük tökülməsini yox.

Ədalət Partiyası o siyasi qüvvələrə aiddir ki, onlar üçün siyasət – xalqın, ölkənin taleyidir. Düşünülmüş, məsuliyyətli, pozitiv siyasi fəallıq mövcud olan problemlərin çətinliyinə rəğmən bütün avantüraları, psevdoinqilabçılığı, vətənşivənliyi istisna etməlidir.

- Təqribən 1998 ildən, atanız sərt müxalif mövqeyə keçəndən sonra mən Sizi tez-tez siyasi mübarizənin ən ön sıralarında və kəskin yerlərində görürdüm. Siz həmişə atanızla bir sırada, çiyin-çiyinə addımlayırdız. Və mən bir daha bizim vətəndaş cəmiyyətimizdə tez-tez səsləndirilən ən aktual problemə - siyasi nəsillərin dəyişməsi zərurətinə - qayıtmaq istəyirəm. Siz özünüzü böyük siyasətdə görürsünüzmü?

- Gəlin bundan başlayaq ki, bizim nəsil şəxsi keyfiyyətlərini cilalayıb real siyasi mübarizəyə qoşula, siyasətlə sərbəst məşğul ola bilir ya yox. Siyasətçilərin yaşlı nəsli mənim kimilərinə maneə deyil, əksinə siyasi və həyati baxımdan müdriklik qaynağı, hikmət xəzinəsidir. Azərbaycanda, sözün klassik mənasında, siyasətlə məşğul olmaq üçün şərait yoxdur, çünki müstəqil, ədalətli seçki sistemi mövcud deyil. Siyasi durğunluğu məhz seçmək və seçilmək hüququnun olmaması yaradır, ayrı-ayrı müxalifət xadimlərinin personaları yox. Mən atamla yalnız onun oğul kimi yox, həm də Vətənə lazım olan bir vətəndaş kimi bir yerdəyəm.

- Bir çoxları ücün gözlənilmədən Siz İslamı qəbul etdiniz və təkcə regiona yox, demək olar, bütün dünyaya atatürkcülüyün sekulyar ənənələri ilə olduqca uğurlu ahəngdarlıq yaradan yeni siyasi İslam modeli təqdim edən Türkiyəyə getdiniz. Yəni Siz də Türkiyənin yeni siyasi dəb qanunvericilərinin təsiri altına düşdünüz? Və bu Sizin partiyanın fəaliyyətinin proqram hissəsində necə əks oluna bilər? Mən bu barədə təsadüfi soruşmadım, çünki bilirəm, Siz partiyanın idarəçilik iplərini, demək olar ki, öz əlinizdə cəmləmisiniz. Yəni, Azərbaycanda Türkiyənin AK Partiyasının prototipi yarana bilərmi?

- Mən İslamı qəbul etməmişəm, mən müsəlman torpağında, müsəlman ailəsində  dünyaya göz açmışam. Özü də Türkiyədə yox, həbsxanada daha çox inanclı, imanlı olmağa başlamışam. Türkiyəyə isə Azərbaycanı tərk edənlərin hamısı kimi, mən də qazanc üçün gəlmişəm. Biz təsir altına düşən nəsildən, xüsusən də hansısa klona çevrilənlərdən deyilik. Bizim üçün prioritet ölkənin hər bir vətəndaşının hüquqları uğrunda mübarizədir - milliyyətindən, dinindən asılı olmayaraq. Möminləri, iman daşıyıcılarını, maarifli, savadlı insanları biz cəmiyyət üçün təhlükə yox, dayaq olaraq görürük. Hesab edirik ki, imanlı insanların da hüquqları qorunmalıdır. Aydın ideologiyası olmayan bir zümrənin cəmiyyətin əsas hissəsi üzərində hökmranlığı olmamalıdır.

- Neoosmançı Türkiyədən Yeni Azərbaycan necə görünür?

- Rus şairi Krılovun “Fil və Alabaş” təmsilindəki kimi... Ancaq zarafatsız, ciddi desəm,  bizdə və ətrafımızda baş verənlər məni həm kədərləndirir, həm də narahat edir.

- Azərbaycan-Türkiyə münasibətlərinin sezilən pisləşməsi və Əliyev hakimiyyətinin  Ərdogan hökuməti ilə münasibətlərinin soyuması fonunda, bizim bu iki dövlətlərimizin qarşılıqlı münasibətlərinin yeni mərhələsini diqqətlə izləyən bir insan kimi Sizdən soruşmaq istəyirəm: iki qardaş ölkə arasında nə baş vermişdi və nə baş verir?

- Türkiyə-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik, bir-birinə inamsızlıq və gizli antipatiya bizləri bir vətənpərvər kimi narahat edir. Dünyanın heç bir ölkəsi - nə Amerika, nə  Rusiya, nə İsrail, nə də Avropa ölkələri bizə Türkiyə kimi səmimi və qardaşlıq duyğuları bəsləmirlər. Bu ölkədən başqa heç biri bizim ərazi bütövlüyümüzə dəstək vermir. 2008-ci il gürcü ssenarisinin Azərbaycanda təkrarlanmamasının qarantı məhz Türkiyədir, misli görünməmiş təzyiqlər məhz Türkiyəyə edilir, o cümlədən Dağlıq Qarabağla bağlı tutduğu mövqeyinə görə.

100 il əvvəl Azərbaycanı məhz Türk əsgərləri müdafiə edirdilər və bu gün - növbəti hərbi müdaxilələrin qarşısında da məhz onlar səddirlər. Azərbaycan-Türkiyə münasibətləri bu gün qurulmayıb, onların çoxillik tarixi var. Azərbaycanla Türkiyə arasında münasibətlər ABŞ-Böyük Britaniya münasibətlərinə oxşar, səmimi münasibətlər olmalıdır. Belə olsa bu, bizim ölkələrimizin iqtisadi inkişafının, dövlət təhlükəsizliyinin, siyasi sabitliyinin qarantı olardı.

Bununla belə, Türkiyə və Azərbaycanın qardaşlıq münasibətləri digər qlobal və regional siyasi qüvvələrdə narahatçılıq yaradır. Onlar iki ölkə arasında təfriqə yaratmaq məqsədilə onların məmurlarına, xüsusən də korrupsiyaya uğramışlara təzyiq göstərir və bu istiqamətdə bütün mümkün vasitələrdən istifadə edirlər.

Ərazilərimizi işğal etmiş Ermənistana dəstək verən Rusiya ilə viza rejiminin olmaması fonunda Türkiyə ilə viza rejimini saxlayan hakimiyyətin addımları bizə aydın deyil. Bütün dünyada və ölkəmizdə xristian məbədlərinin bərpa edilməsi fonunda, türklər tərəfindən Bakıda inşa edilən məscidin bağlanması da həmçinin. Biz başa düşməliyik ki, dövlətlərarası münasibətlərə şəxsi istəklərimiz və antipatiyalarımız prizmasından yox, xalqlar, dövlətlər marağından baxmaq lazımdır, klassikin dediyi kimi, “öz yununu dövlətin yunu ilə qarışdırmaq lazım deyil”. Ona görə də, Azərbaycanla Türkiyənin yaxınlaşmasına, onların əlaqələrinin inkişafına imkanlarım cərcivəsində kömək etməyi özümə borc bilirəm.

- Türkiyə həqiqətənmi Ermənistanla sərhədləri açmaq istəyir? Yəni onlar, Bakıda hesab etdikləri kimi, Ermənistana beynəlxalq təzyiq baxımından bu siyasi qərarın bütün zərərlərini anlamırlar? Və ümumiyyətlə, belə bir təəssürat yaranır ki - xüsusən də prezident Abdullah Gülün Serj Sarkisyana göndərdiyi son dərəcə isti təbrik teleqramının fonunda, - Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında son dərəcə maraqlıdır. Niyə? Bəlkə Ankara çoxəsrlik qarşıdurmadan sadəcə yorulub?

-  Mənim Türkiyə siyasətini şərh etmək hüququm yoxdur, çünki nə bu siyasətin yaradıcısı, nə həyata keçirəni, nə də bələdçilik edəniyəm. Yəni bu siyasətin bəyan edilmiş yox, həqiqi məqsədlərindən xəbərdar deyiləm. Bununla belə, biz anlamalıyıq ki, regional oyunçu Türkiyədir, biz yox. Və o yerdə ki, bizi heç nəzərə almırlar, orada məhz ona təzyiq olunur. Dünyanın ən uzunömürlü imperiyasının varisi olan ölkənin istənilən qədər bədxahları var. Türkiyənin xristian dünyası üçün təhlükəsi ondan ibarətdir ki, o öz hərtərəfli tərəqqisi ilə faktiki əsarət altında olan müsəlman dünyası ölkələri üçün "pis nümunə"dir. Uydurulmuş saxta erməni soyqırımı, terror təşkilatı PKK vasitəsi ilə separatizmi alovlandırmaq, dövlət çevrilişləri cəhdləri və s. Türkiyəni, yaxın keçmişdə olduğu kimi, Qərbin müstəmləkəçilik istəklərinin başıaşağı bələdçisinə çevirmək üçün nəzərdə tutulan vahid zəncirin həlqələridir.

Hamımız ABŞ-ın, İngiltərənin, Fransanın, İsrailin və digərlərinin bizim ünvanımıza yağdırdıqları bəlağətli sözlərin şahidləriyik, hansı ki, nəyə görəsə bizim üçün total talan və dövlətçiliyi itirməklə qurtarır. Yəni, məgər bizimlə Ermənistan arasinda günü bu gün Gürcüstan vasitəsilə mal dövriyyəsi getmir? Və ya bəlkə biz elə bir siyasət yürüdürük ki, Türkiyədən nə isə tələb etməyə mənəvi əsasımız var? Yaxud dövlət suverenliyimizi bərpa etmək üçün hərbi əməliyyatlara başlamaqda bizə Türkiyə mane olur? Ümumiyyətlə, kimdir Türkiyədən başqa bu məsələdə bizə tam dəstəyi təmin edən? Gəlin vicdanlı və ədalətli olaq!

Eynulla Fətullayev (Haqqin.az).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda əcnəbi vətəndaşın pulunu kirayə qaldığı apardılar 21 Noyabr 2019, 19:55 Ağcabədidə toy karvanında qəza olub, ölən və yaralananlar var – FOTO 21 Noyabr 2019, 19:47 Ermənistan Futbol Federasiyasının sədri istefa verib 21 Noyabr 2019, 19:24 Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAM 21 Noyabr 2019, 19:05 Rəsmi Bakı Paşinyana CAVAB VERDİ: “Öz xalqını aldatmaq cəhdidir” 21 Noyabr 2019, 18:53 İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi 21 Noyabr 2019, 18:42 Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir” 21 Noyabr 2019, 18:29 “Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir 21 Noyabr 2019, 18:18 “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir 21 Noyabr 2019, 18:10 Yevda Abramov xəstəxanaya yerləşdirildi 21 Noyabr 2019, 17:53 Mehriban Əliyeva Rusiya Prezidenti ilə görüşəcək 21 Noyabr 2019, 17:38 Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR 21 Noyabr 2019, 17:37 Bakıda “Porsche Cayenne”nin sürücüsü yolu kəsdi - Tıxac yaratdı - VİDEO 21 Noyabr 2019, 17:29 İlham Əliyev 70 yaşlı deputatla bağlı sərəncam verdi 21 Noyabr 2019, 17:22 İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF 21 Noyabr 2019, 17:15 Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib 21 Noyabr 2019, 17:09 İlham Əliyev Daxili İşlər nazirini qəbul etdi 21 Noyabr 2019, 17:03 Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ 21 Noyabr 2019, 16:58 BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA 21 Noyabr 2019, 16:56 Sumqayıtda 100 binanın təmiri üçün 6 milyon manat ayrıldı 21 Noyabr 2019, 16:44 BDU-nun zəhərlənən tələbələrinin FOTOSU 21 Noyabr 2019, 16:37 “Mehriban Əliyevanın Rusiyaya səfəri diplomatiyamız üçün böyük əhəmiyyət kəsb edir” - Deputat 21 Noyabr 2019, 16:32 Əli Həsənov Ata Abdullayevi QINADI: “Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, belə səviyyəsiz...” 21 Noyabr 2019, 16:25 Bu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:24 Prezident Təhsil Nazirliyinə 2 milyon manat pul ayırdı 21 Noyabr 2019, 16:21 Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:18 İlham Əliyev Sumqayıt şəhər stadionun təmirinə 5 milyon manat ayırdı 21 Noyabr 2019, 16:13 Prezident Zakir Fərəcovu ordenlə təltif etdi   21 Noyabr 2019, 16:09 Tələbələrin zəhərlənməsinə görə cinayət işi açıldı - Baş PROKURORLUQ 21 Noyabr 2019, 16:09 Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 21 Noyabr 2019, 16:01 Tələbə qızlar süd məhsullarından zəhərləniblər - Yeni MƏLUMAT 21 Noyabr 2019, 15:55 Sosial şəbəkə 400 min nəfəri bloka atdı - SƏBƏB 21 Noyabr 2019, 15:46 Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOLAR 21 Noyabr 2019, 15:40 “Azərbaycanlı məşqçilərə it dəyib ki, gedib əcnəbi gətirirlər?” - Aqil Abbas 21 Noyabr 2019, 15:30 Badamdar sürüşmə zonasında GƏRGİNLİK - evlər sökülə bilər 21 Noyabr 2019, 15:19