Modern.az

Avtobuslar yenə GECİKİR

Avtobuslar yenə GECİKİR

Aktual

24 İyun 2022, 09:12

Bu gün səhər pik saatlarında paytaxtın bəzi küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.

 

Modern.az Vahid Dispetçer Xidmətinin məlumatına istinadən xəbər verir ki, Bakı-Sumqayıt şossesində-şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 14 dəqiqəyə yaxın gecikmə müşahidə olunur.

 

Həmçinin, Binəqədi şosesi-“Azadlıq” m/st istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə ləngimə var.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi