Modern.az

Əfv Komissiyasının üzvü: “Novruz bayramına kimi əfv sərəncamı verilə bilər”

Əfv Komissiyasının üzvü: “Novruz bayramına kimi əfv sərəncamı verilə bilər”

Ölkə

6 Mart 2013, 13:32

“Yazda əfv sərəncamının imzalanacağı gözlənilir. Novruz bayramına kimi və ya may ayını gözləməyə dəyər”. Bu barədə Modern.az-a Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Elmira Axundova məlumat verib.
Deputatın sözlərinə görə, bir müddət sonra Əfv Komissiyası növbəti iclasını keçirəcək. Ancaq millət vəkili bunun vaxtını dəqiq söyləməyib.

“Prezident hər an əfv sərəncamı verə bilər. Əfv Komissiyası isə hər zaman işləyir. Müraciətlər, ərizələr çoxdur. Mən gündə 5-6 ərizə alıram. Bu yaxınlarda Komissiyanın iclasında görüşə bilərik. O zaman məsələlərin həlli müzakirə oluna bilər. Yaz ayında əfv gözləməyə dəyər. Yazda komissiyanın iclasları başlayacaq. Amma inanıram ki, Novruz bayramına qədər və ya may ayında növbəti əfvetmə olacaq”.

 

Gültəkin ƏLƏSGƏR  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!