Modern.az

“Qarabağ” ilk oyunda məğlub oldu - YENİLƏNİB

“Qarabağ” ilk oyunda məğlub oldu - YENİLƏNİB

5 İyul 2022, 23:52

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubu yeni mövsümdə ilk matçına çıxıb.

 

Modern.az xəbər verir ki, Qurban Qurbanovun komandası qitənin əsas yarışının 1-ci təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə qarşılaşıb.


 
“Köhlən atlar” “Lex”lə ilk matçını Polşada keçirb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsilə başa çatıb. Matçda yeganə qolu 40-cı dəqiqədə kapitan Mikael İshak vurub. 

 

“Lex”in heyətində meydana Artur Rudko, Joel Pereyra, Pedro Reboşu, Yesper Karlström, Mikael İshak, Antonio Miliç, Mixal Skuras, Radoslav Muravski, Kristoffer Velde, Joao Amaral və Lubomir Şatka çıxıblar.

 

“Qarabağ”ın start heyətində isə Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Riçard Almeyda, Abdullah Zubir, Leandro Andrade, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev və Kevin Medina yer alıblar.

 

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycandan qalxan təyyarəni İsrail vurdu? - DƏHŞƏTLİ İDDİA