Modern.az

“Binə” məhbuslarının həbs müddəti uzadıldı

“Binə” məhbuslarının həbs müddəti uzadıldı

15 Mart 2013, 13:52


Bu gün Səbail Rayon Məhkəməsində “Binə” Ticarət Mərkəzində keçirilmiş etiraz aksiyasına görə saxlanılanlarla bağlı məhkəmə prosesi keçirilib. Modern.az-ın verdiyi xəbərə görə, istintaq başa çatmadığına görə etiraz aksiyasında saxlanılan 10 nəfər haqqında yenidən 2 aylıq həbs qəti- imkan tədbiri seçilib.

Qeyd edək ki, yanvarın 19-da «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstəriblər. Bunlar Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev və Vaqif İbrahimovdur.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Ulduz İbrahimova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?