Modern.az

FİFA VAR sistemi üçün AFFA-ya pul verdi

FİFA VAR sistemi üçün AFFA-ya pul verdi

Aktual

5 Avqust 2022, 20:34

FIFA futbol üzrə Azərbaycan Premyer Liqası və ölkə kubokunda VAR sisteminin tətbiqi üçün AFFA-ya 497 173 ABŞ dolları verib.

 

Modern.az xəbər verir ki, bu barədə FIFA-nın saytında məlumat yayılıb.

 

Vəsait FIFA Forward Layihəsindən ayrılıb. Milli assosiasiyanın inzibati binasında üç VAR otağı və bir səyyar VAR mərkəzi fəaliyyət göstərəcək. Bu, videotəkrar sistemindən eyni vaxtda dörd matçda istifadə etməyə imkan verəcək.

 

Qeyd edək ki, Azərbaycan futbolunda VAR sistemi cari mövsümdən tətbiq olunmağa başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır