Modern.az

Abbas Abdulla konsul işlədiyini sübut edə bilmir: “Mənə diplomatik təqaüd vermək istəmirlər”

Abbas Abdulla konsul işlədiyini sübut edə bilmir: “Mənə diplomatik təqaüd vermək istəmirlər”

Ölkə

28 Mart 2013, 12:36

Azərbaycan Xalq Cəbhəsi dövründə 8 il Türkiyənin İstanbul şəhərində ölkəmizin baş konsul vəzifəsində çalışan Abbas Abdulla diplomatik təqaüdünü ala bilmir. Müvafiq qurumlara müraciət etsə də, ona heç bir səbəb göstərilmir.

Bu barədə Modern.az-a danışan Abbas Abdulla bildirib: “6 ildir təqaüdə çıxmışam. Amma diplomatik təqaüd ala bilmirəm. Dövlət Sosial Müdafiə Fonduna müraciət etsəm də, mənə heç bir cavab vermirlər. Sadəcə olaraq cavabları bu olur ki, sənə diplomatik təqaüd düşmür və əmək kitabçamda konsul işləməmlə bağlı heç bir məlumat yoxdur. Halbuki, əmək kitabçamda 8 il konsul işlədiyim açıq-aşkar göstərilib”.

Xatırladaq ki, Abbas Abdulla Azərbaycan Xalq Cəbhəsi dövründə 1992-1997-ci illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu vəzifəsində çalışıb.

Gültəkin Ələsgər  

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir