Modern.az

Rusiyanın daha 250 hərbçisi öldürülüb

Rusiyanın daha 250 hərbçisi öldürülüb

Dünya

27 Avqust 2022, 10:35

Ukraynada Rusiyanın daha 250 hərbçisi məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb. 

 

Bildirilib ki, müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 46 500-ə çatıb.

 

Ukrayna Silahlı Qüvvələri indiyədək Rusiyanın 1939 (+3) tankını, 4254 (+3) ədəd zirehli texnikasını, 1045 (+5) ədəd artilleriya sistemini, 274 (+2) MLRS-i, 148 hava hücumundan müdafiə sistemini məhv edib.

 

Bundan əlavə, 234 təyyarə, 202 helikopter, 836 (+2) əməliyyat-taktiki PUA, 196 qanadlı raket vurulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?