Modern.az

Almaniya Ukraynaya yeni silahlar göndərəcək

Almaniya Ukraynaya yeni silahlar göndərəcək

Dünya

29 Avqust 2022, 15:14

"Almaniya növbəti həftələrdə Ukraynaya hərbi yardım göndərəcək".

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Praqda Çarlz Universitetində çıxışı zamanı deyib.


Şolts bildirib ki, ehtiyac olduğu müddətdə Almaniya Ukraynaya dəstək verməyə davam edəcək:

 

"Almaniya qabaqcıl hava hücumundan müdafiə vasitələri, radar sistemləri və ya pilotsuz təyyarələr göndərməklə yanaşı, Ukraynanın artilleriya və hava hücumundan müdafiə potensialının artırılması istiqamətində xüsusi məsuliyyət götürəcək".

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə