Modern.az

“Körpə” “Kulis”in böyük planları var

“Körpə” “Kulis”in böyük planları var

Ədəbi̇yyat

4 Aprel 2013, 20:15



Bu gün Kulis.az internet dərgisinin iki yaşı tamam olur. APA Media Holdinqin tərkibində yaradılan ədəbi-mədəni və kulturoloji istiqamətdə fəaliyyət göstərən kulis.az oxucu kütləsinin sevimli saytlarından biridir. Jurnalın bu cür sevilməsində baş redaktor Qan Turalı və digər əməkdaşlarının – Mirmehdi Ağaoğlu, Ağa Cəfərli, Fərid Mirzəyev, Ramilə Qurbanlı, Elmin Həsənli və başqalarının misilsiz xidmətləri var.

" Öncə diqqətinizə görə təşəkkür edirəm və bizi təbrik etdiyiniz üçün saytınızın bütün kollektivinə minnətdarlığımı bildirirəm”, – deyə “Kulis”-in baş redaktoru bildirib.

Qan Turalı saytın gələcək planlarını da açıqlayıb: “Gələcək üçün daha parlaq ideyalarımız var ki, bunlar da sırf olaraq ədəbi istiqamətdədir. Biri mənim ideyamdır, o biri Qismətin. Başqa ideyalarımız da var. Kulis.az hazırda bir dildədir və rus, yaxud ingilis dilini əlavə etmək planlarımız da yoxdur. Çünki buna zəruri ehtiyac hiss etmirik. Jurnal Azərbaycan üçün daha maraqlıdır. Kulis.az –da müsabiqə etmək fikrimiz də var. Tam fərqli və ciddi maliyyə resursları ilə bir müsabiqə təşkil etmək fikrindəyik“.  

Modern.az olaraq “Kulis”i 2 yaşı münasibəti ilə təbrik edirik!
 

Elmin Nuri
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi