Modern.az

Sahibkarlara nə qədər subsidiya ödənilib?

Sahibkarlara nə qədər subsidiya ödənilib?

İqtisadiyyat

23 Sentyabr 2022, 13:28

1 sentyabr 2022-ci il tarixinə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə kredit qalığı 850,3 mln. manat olan 5.023 müraciət üzrə 69,4 mln. manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.

 

Modern.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

 

Nazir qeyde dib ki, 5.005 kredit üzrə sahibkarlara 65,9 mln. manat faiz subsidiyası ödənişi həyata keçirilib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?