Modern.az

İzyumda daha iki kütləvi məzarlıq aşkarlandı

İzyumda daha iki kütləvi məzarlıq aşkarlandı

Dünya

26 Sentyabr 2022, 00:50

Ukraynanın İzyum bölgəsində daha iki kütləvi məzarlıq aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, məzarlıqda yüzlərlə insan cəsədi var: "Söhbət kiçik İzyum şəhərindən gedir, başa düşürsünüz?".

 

Bundan əvvəl Ukrayna tərəfindən işğaldan azad edilən İzyumda kütləvi məzarlıq aşkar olunmuşdu. Polis məzarlıqda 427 ukraynalının cəsədini tapıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə