Modern.az

"Sabah" liderliyə yüksəldi

Aktual

15 Oktyabr 2022, 20:11

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib. "Sabah" komandası evdə "Zirə"ni qəbul edib.

 

Modern.az xəbər verir ki, "Bank Respublika Arena"da təşkil olunan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Sabah" liderliyə yüksəlib. 16 xalı olan "Zirə" isə 4-cü sırada qalıb.

 

Qeyd edək ki, turun əvvəlki iki oyununda "Şamaxı" evdə "Qəbələ" ilə 1:1, "Səbail" isə səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib.

 

Tura oktyabrın 16-da keçiriləcək "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DTX Mehdiyevlə bağlı sirləri açdı - Kimlər HƏBS OLUNACAQ?