Modern.az

Dəhşətli avtobus qəzası - 20 nəfər öldü 

Dəhşətli avtobus qəzası - 20 nəfər öldü 

Dünya

15 Oktyabr 2022, 22:20

Kolumbiyanın cənub-qərbində yerləşən Pasto və Popayan şəhərləri arasında ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Yol qəzasında azı 20 nəfər ölüb, 14 nəfər isə ağır yaralanıb.

 

Kolumbiya televiziyasında yayımlanan görüntülərdə avtobusun çevrildiyi görünür. Qəzanın ilkin səbəbləri hələlik məlum deyil, hadisə ilə bağlı araşdırma aparılır.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə