Modern.az

ABŞ Ukrayna üçün İlon Maska pul verəcək

ABŞ Ukrayna üçün İlon Maska pul verəcək

Dünya

17 Oktyabr 2022, 23:37

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynada rabitənin bərpasına kömək edən İlon Maskın "Starlin" peyk şəbəkəsi üçün pul ödəməyi düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" qəzeti özəl mənbələrinə istinadən məlumat yayıb.

 

Nəşr bildirib ki, ən çox ehtimal olunan maliyyə mənbəyi ABŞ Müdafiə Nazirliyinin Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü olacaq. Bu da Rusiya ilə mübarizə apararan Ukraynaya dəstək üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, İlon Mask Ukraynada "Starlink"i qeyri-müəyyən müddətə maliyyələşdirə bilməyəcəyini bildirib.

 

 Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə