Modern.az

İsveçin yeni baş naziri Ərdoğana məktub yazdı 

İsveçin yeni baş naziri Ərdoğana məktub yazdı 

Dünya

22 Oktyabr 2022, 00:52

İsveçin yeni Baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, o, məktubunda Ankaraya səfər etməyə hazır olduğunu bildirib.

 

"Ümid edirəm ki, tezliklə sizinlə NATO ilə bağlı ətraflı müzakirə apara bilərik. Sizə uyğun olan  kimi Ankaraya gəlməyə hazırıq", - Baş nazir deyib.

 

Məktubda Kristersson Türkiyənin narahatlığını ciddi qəbul etdiklərini qeyd edib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə