Modern.az

Milyonçunun olduğu təyyarə yoxa çıxıb

Milyonçunun olduğu təyyarə yoxa çıxıb

Dünya

22 Oktyabr 2022, 16:56

Almaniyada ən böyük fitnes-klublar şəbəkəsinin "McFit"in təsisçisi, milyonçu Rayner Şallerin olduğu təyyarə ilə əlaqə kəsilib.

 

Modern.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

 

Nəşr bildirib ki, içərisində 5 almanın olduğu təyyarə ötən şənbə günündən axtarılır.

 

Qeyd edilib ki, Almaniya saatı ilə 2:00-da təyyarə Kosta-Rika sahillərində olarkən anidən radarlardan itib.

 

Milyonçunun şəxsi təyyarəsilə Meksikadan Kosta-Rikaya uçarkən, yanında sevgilisi Kristiana Şikorski, uşaqları Aron və Fin, eyni zamanda, Markus Kurrek adlı bir şəxs də olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə