Modern.az

Tayfalararası toqquşma - 223 nəfər öldürüldü

Tayfalararası toqquşma - 223 nəfər öldürüldü

Dünya

22 Oktyabr 2022, 22:57

Sudanda bir neçə gün əvvəl baş vermiş tayfalararası toqquşmalar nəticəsində 220-dən çox insan həlak olub.

 

Modern.az xəbər verir ki, məlumatı "Əl-Cəzirə" telekanalı yayıb.

 

Cənubi Sudan bölgəsində qeydə alınan qarşıdurmalarda 223 nəfər ölüb. Sudan hakimiyyəti Mavi Nildə 30 günlük fövqəladə vəziyyət elan edib.

 

İlkin məlumata görə, toqquşmaya səbəb torpaq mülkiyyəti ilə bağlı fikir ayrılığı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə