Modern.az

Misir Mərdanov işdən çıxarıldı

Misir Mərdanov işdən çıxarıldı

Ölkə

19 Aprel 2013, 15:31


Azərbaycanın təhsil naziri Misir Mərdanov işdən azad edilib. Bu barədə Modern.az-a Təhsil Nazirliyindəki etibarlı mənbədən məlumat verilib.

Bildirilib ki, Misir Mərdanovun işdən azad edilməsi ilə bağlı prezidentin rəsmi sərəncamı yaxın saatlarda açıqlanacaq.

Əldə etdiyimiz digər məlumata görə, Misir Mərdanovun yerinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov gətiriləcək.

Qeyd edək ki, Misir Mərdanov 1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Modern.az    

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi