Modern.az

Blinken Türkiyəyə təşəkkür etdi

Blinken Türkiyəyə təşəkkür etdi

Dünya

2 Noyabr 2022, 18:29

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə tərəfi yayıb.

 

Tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib. Bundan əlavə, taxıl dəhlizi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Blinken Türkiyənin təşəbbüsləri nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasına görə həmkarına təşəkkür edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi