Modern.az

Rusiya 7 milyondan çox ukraynalını işıqsız qoydu

Rusiya 7 milyondan çox ukraynalını işıqsız qoydu

Dünya

15 Noyabr 2022, 22:57

Ukraynada Rusiyanın raket zərbələri nəticəsində 15 energetika obyekti zədələnib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko bildirib.

 

Onun sözlərinə görə, Rusiyanın hücumları nəticəsində 7 milyondan çox abonent işıqsız qalıb.

 

Timoşenko, həmçinin vurğulayıb ki, Ukraynaya 90-dan çox raket atılıb, ölkənin hava hücumundan müdafiə sistemləri 70 raketi vurub.

 

Qeyd edək ki, Ukraynanın bütün regionlarında elektrik enerjisinin fövqəladə kəsilməsi başlayıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?