Modern.az

Zina edənlər hamının gözü qarşısında şallaqlandı

Zina edənlər hamının gözü qarşısında şallaqlandı

Dünya

23 Noyabr 2022, 23:28

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban hərəkatı açıq şəkildə üç qadın və doqquz kişini şallaqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated press" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, ictimai şallaq cəzası mərasiminə hər kəs dəvət edilib. Sosial şəbəkələrdə cəza tədbirinə dəvətnamələr yayılıb.

 

Yerli məhkəmə onları oğurluqda və zina etməkdə ittiham edib, məhkumlara 21-39 şallaq zərbəsi cəzası verilib.

 

Kütləvi şallaq mərasimində yüzlərlə insan iştirak edib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi