Modern.az

Blinken qazax həmkarı ilə danışıqlar apardı 

Blinken qazax həmkarı ilə danışıqlar apardı 

Dünya

29 Noyabr 2022, 00:56

ABŞ dövlət katibi Entoni Blinken və Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberi arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Blinken özünün "Twitter" hesabında məlumat yayıb.

 

“Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberi və mən mühüm məsələləri, o cümlədən Qazaxıstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyimiz və qarşıdan gələn Genişləndirilmiş Strateji Tərəfdaşlıq Dialoqumuzu müzakirə etdik”, - ABŞ rəsmisi bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?