Modern.az

FETÖ-yə qarşı əməliyyat - Saxlanılanlar var

FETÖ-yə qarşı əməliyyat - Saxlanılanlar var

Dünya

28 Dekabr 2022, 10:38

Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Konya Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, əməliyyat Konya başda olmaqla, eyni vaxtda ölkənin 4 vilayətində həyata keçirilib. Sözügedən əməliyyat çərçivəsində ümumilikdə 3 nəfər saxlanılıb.

 

Saxlanılanların FETÖ-nün hərbi sferada şəbəkələşməsində iştirakına dair əsaslı şübhələrin olduğu qeyd edilib.

 

Hazırda saxlanılanlarla bağlı araşdırmaların aparıldığı və əməliyyatların bundan sonra da davam etdiriləcəyi barədə məlumat verilib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?