Modern.az

4 nəfər dəm qazından zəhərləndi

4 nəfər dəm qazından zəhərləndi

Hadisə

3 Yanvar 2023, 19:55

Gədəbəydə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, 4 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslər rayonun müxtəlif kəndlərinin sakinləri: 1975-ci il təvəllüdlü Mübariz Alıyev, 1995-ci il təvəllüdlü Vüsalə Vəlixanova, 1980-ci il təvəllüdlü Vüsalə Cəfərova və 2006-ci il təvəllüdlü Aydan Cəfərovadır.

 

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat