Modern.az

Netanyahunun ofisinə şübhəli zərf göndərildi

Netanyahunun ofisinə şübhəli zərf göndərildi

Dünya

16 Yanvar 2023, 08:34

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə yağla ləkələnmiş şübhəli zərf göndərilib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

 

Zərfi alandan sonra əraziyə polislər çağırılıb.

 

Məlumata göə, zərfin üzərində yağlı maddənin izlərinin olduğu nəzərə alınaraq, onun təhlükəli ola biləcəyinə şübhə yaranıb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli zərfə baxış keçirib və yoxlama üçün onu təhlükəsizlik xidmətinə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?