Modern.az

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü mümkün deyil - Müşavir

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü mümkün deyil - Müşavir

Dünya

16 Yanvar 2023, 15:14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İlknur Çevik İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesindən danışıb.

 

Modern.az xəbər verir ki, Çevik bu mövzuya "Sputnik"ə müsahibəsi zamanı toxunub.

 

"Bu şərtlər altında İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməyimiz qeyri-mümkündür. Madrid zirvəsi zamanı götürülən öhdəliklər nəinki yerinə yetirilmir, yeni problemlər də var", - deyə Ərdoğanın müşaviri söyləyib.

 

Türkiyənin tələblərini xatırladan Çevik terror qruplaşmalarına üzv olan şəxslərin rəsmi Ankaraya təhvil verilməsinin vacib olduğunu xüsusi şəkildə vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?