Modern.az

Elçibəyin oğlu: “Yaxşı iş təklifi almışam”

Elçibəyin oğlu: “Yaxşı iş təklifi almışam”

22 May 2013, 11:34

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev yaxın zamanlarda qardaş Türkiyədə işə başlayacaq. Modern.az-ın məlumatına görə, bu barədə Ə.Əliyev “Yeni Müsavat”-a müsahibəsində bildirib.

Türkiyədən yaxşı iş təklifi aldığını deyən mərhum prezidentin oğlu yaxın zamanlarda işə başlayacağını deyib:

“Ancaq yaxın zamanlarda Türkiyədə işə başlamağı fikirləşirəm. Ürəyimcə bir təklif almışam, yəqin ki, yaxın aylarda baş tutacaq».

Ə.Əliyev daha sonra atasının 75 illiyinin qeyd olunması ilə bağlı məsələyə toxunub. Bildirib ki, Ə.Elçibəyin 75 illiyini Naxçıvanda, doğma kəndlərində qeyd edəcəklər.

“Atamın doğum gününü yenə Kələkidəki evimizdə qeyd etməyi düşünürük. Bizim ailəni yaxından tanıyanlar bilir ki, biz hər il Elçibəyin doğum günündə kəndə yığışırıq. Atamın əqidə dostlarından, yaxın çevrəsindən vaxt tapıb gələnlər də olur. Bu il də fərqli bir şey düşünmürük. Bildiyim qədərilə, əqidə dostları, silahdaşları hər il ad günündə də, vəfatının ildönümündə də atamın məzarını ziyarət edir. Bəlkə də onlar 75 illiklə bağlı hər hansı mərasim, toplantı düzənləməyi planlaşdırırlar. Ancaq bu haqda bizdə hər hansı bilgi yoxdur”.

Ə.Əliyevin sözlərinə görə, mərhum prezidentin 75 illiyi həmçinin Türkiyədə də qeyd olunacaq.

“28 mayda İstanbulda həm Xalq Cümhuriyyətinin 95 illiyi, həm də Əbülfəz Elçibəyin 75 illiyi qeyd ediləcək. Bu işlərə bacımın yoldaşı Aqil Səmədbəyli rəhbərlik edir. Fikir adamlarının, Türkiyə universitetlərində dərs deyən Azərbaycandan olan müəllimlərin, Türkiyədə bir zamanlar və indi təhsil alan tələbələrin, media nümayəndələrinin iştirakı ilə yubiley tədbirinin keçirilməsi haqqında qərar var. Hazırlıq işləri artıq başlayıb. Ümid edirəm, onun ideyalarının daşıyıcıları adına layiq bir toplantı düzənləyə biləcək”-deyə Ə.Əliyev qeyd edib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır