İndoneziyada Quranın yandırılmasına etiraz məqsədilə aksiya keçirilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, nümayiş paytaxt Cakartada baş tutub.
Aksiyaçılar İndoneziyadakı İsveç səfirliyinin bağlanmasını tələb ediblər. Etirazçılar Quranın yandırılmasından narahat olduqlarını bildirib və İsveçin üzr istəməsini dilə gətiriblər.
Aksiya zaman saxlanılanlarla bağlı məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün öncə İsveçdəki Türkiyə səfirliyi yaxınlığında keçirilən aksiyada radikal sağçı siyasətçi Rasmus Paludan tərəfindən Quranı yandırmışdı. Daha sonra oxşar hadisə Danimarkada da baş vermişdi.