Modern.az

Belarusun xüsusi təyinatlı dəstəsi Türkiyədə 

Belarusun xüsusi təyinatlı dəstəsi Türkiyədə 

Dünya

6 Fevral 2023, 23:33

Belarus Fövqəladə Hallar Nazirliyinin “Zubr” xüsusi təyinatlı dəstəsi Türkiyəyə göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, dağılmış binalarda xilasetmə işlərinin aparılması üçün BMT-nin beynəlxalq standartlarına uyğun sertifikatlaşdırılmış “Zubr” xüsusi təyinatlı dəstəsi Türkiyəyə yola alınıb.

 

Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.

 

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Fövqəladə Hallar Nazirliyinin rəhbəri Vadim Sinyavskiyə Türkiyəyə və Suriyaya xilasedici dəstə, eləcə də humanitar yardım göndərməyi tapşırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?