Modern.az

Polis qəza törətdi - Ölən var

Polis qəza törətdi - Ölən var

7 Fevral 2023, 09:30

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Qəbələ Reabilitasiya Mərkəzinin qarşısında qeydə alınıb.

 

Məlumata görə, polis əməkdaşı Məmmədov Mənsur Rəmzi oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan Məmmədov Rəhim Rəşid oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil və Mikayılov Ələsgər İmam oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

 

Nəticədə sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib, sürücü Rəhim Məmmədov xəstəxanada ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?