Modern.az

Blinken Çinin baş diplomatı ilə görüşə bilər 

Blinken Çinin baş diplomatı ilə görüşə bilər 

14 Fevral 2023, 00:32

ABŞ dövlət katibi Entoni Blinken Çinin baş diplomatı Vanq Yi ilə görüşü nəzərdən keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, görüş bu həftə Münhen Təhlükəsizlik Konfransında baş tuta bilər.

 

Qeyd edək ki, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası ofisinin direktoru Vanq Yi Münhen Təhlükəsizlik Konfransında iştaik edəcək, daha sonra Rusiya, Fransa, İtaliya və Macarıstana səfər edəcək.

 

Xatırladaq ki, Blinken bu həftə baş tutması planlaşdırılan Çin səfərini ləğv edib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?