Modern.az

5 nəfərlik ailə dağıntılar altından sağ çıxarılıb

5 nəfərlik ailə dağıntılar altından sağ çıxarılıb

Dünya

17 Fevral 2023, 22:32

Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

 

Modern.az xəbər verir ki, Adıyamanda xilasetmə əməliyyatı nəticəsində 5 nəfərlik ailə xilas edilib.

 

41 yaşlı kişi, həyat yoldaşı və 3 uşağı ilə birlikdə dağıntılar altından sağ çıxarılıb. Onlara ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdiriliblər.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib. 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?