Modern.az

İrəvandan gələn sülh təkliflərinə baxılır - XİN-dən açıqlama

İrəvandan gələn sülh təkliflərinə baxılır - XİN-dən açıqlama

Ölkə

20 Fevral 2023, 10:27

Ermənistanın baş naziri Nikol Paşinyan ötən günlərdə Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsi haqqında danışıb. O bildirib ki, Ermənistan tərəfi sülh müqaviləsi layihəsi üzərində işin növbəti mərhələsini başa çatdırıb və sənəd Azərbaycana təhvil verilib.

 

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Modern.az-a açıqlamasında Ermənistandan sülh sazişi ilə bağlı Azərbaycana təkliflər gəldiyini təsdiqləyib.

 

"Bəli, Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri almışıq. İndi təkliflərə baxılır",- deyə XİN rəsmisi bildirib. 

 

Lakin təkliflərin detalları hələlik açıqlanmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat