Rusiyanın İrkutsk vilayətinin Nijneudinski rayonunda zəlzələ olub.
Modern.az TASS-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidməti episentrdə təkanın gücünün 6,3 bal olduğunu açıqlayıb.
Zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur.
Məlumat üçün bildirək ki, Nijneudinski rayonu İrkutsk vilayətinin qərbində, Tıva Respublikası və Krasnoyarsk diyarı ilə sərhəddə yerləşir.