Modern.az

İranda naziri daşıyan helikopter qəzaya uğradı, müşaviri öldü - YENİLƏNİB

İranda naziri daşıyan helikopter qəzaya uğradı, müşaviri öldü - YENİLƏNİB

Dünya

23 Fevral 2023, 17:40

İranda idman naziri Seyid Həmid Səcadi Həzavini daşıyan helikopterin Baft şəhəri yaxınlığında eniş edərkən qəzaya uğraması nəticəsində ölüm faktı qeydə alınıb.

 

Modern.az IRNA agentliyinə istinadən xəbər verir ki, xəsarət alaraq xəstəxanaya çatdırılan sərnişinlərdən biri - nazirin müşaviri ölüb.

 

Yaralıların sayının 12 nəfər olduğu bildirilib.

 

***

17:02

 

İranda idman naziri Seyid Həmid Səcadi Həzavini daşıyan helikopter Baft şəhəri yaxınlığında eniş edərkən qəzaya uğrayıb.

 

Modern.az IRNA agentliyinə istinadən xəbər verir ki, nəticədə bəzi sərnişinlər yaralanıb və tibb mərkəzlərinə aparılıb.

 

Şahidlər nazirin vəziyyətinin yaxşı olduğunu, onun və digərlərinin yüngül xəsarətlər alaraq xəstəxanaya aparıldığını deyiblər. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi