Modern.az

Rusiyalı vandal İstanbuldan İrəvana gələrkən yaxalandı

Rusiyalı vandal İstanbuldan İrəvana gələrkən yaxalandı

Dünya

28 Fevral 2023, 11:38

Moskvada vandalizm ittihamı ilə axtarışda olan 31 yaşlı Rusiya vətəndaşı Ermənistanda saxlanılıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, İrəvan hava limanında yaxalanıb.

 

Bildirilib ki, Nikita K. adlı şəxs İstanbuldan gələn təyyarədən enərkən tutulub və polis bölməsinə gətirilib.

 

Hazırda araşdırmaların davam etdirildiyi qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?