Modern.az

Rusiyada helikopter qəzaya uğradı - Yaralılar var (YENİLƏNİB)

Rusiyada helikopter qəzaya uğradı - Yaralılar var (YENİLƏNİB)

Dünya

28 Fevral 2023, 17:30

Rusiyanın Murmansk vilayətində qəzaya uğrayan helikopterin pilotu və sərnişinlərdən biri xəstəxanaya çatdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Qeyd edək ki, bəzi mənbələrdə ilkin ehtimal kimi helikopterin sərt eniş etməsi səbəbindən qəza törətdiyi bildirilir.

 

***

16:45

 

Rusiyada helikopter qəzası baş verib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə FHN-i məlumat yayıb.

 

Bildirilib ki, hadisə Murmansk vilayəti ərazisində qeydə alınıb. Göyərtəsində 8 nəfər olan helikopterin qəzaya uğraması nəticəsində azı 4 nəfər yaralanıb.

 

Hadisənin səbəbləri araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?