Modern.az

Kupyansk vuruldu, ölən var - Dnepropetrovskda partlayış...

Kupyansk vuruldu, ölən var - Dnepropetrovskda partlayış...

Dünya

5 Mart 2023, 14:13

Rusiya qüvvələri tərəfindən Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinin atəşə tutulması nəticəsində bir nəfər həlak olub.

 

Modern.az "Meduza"ya istinadən xəbər verir ki, Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, martın 4-də axşam saatlarında başlayan hücum zamanı Kupyanskda 5 yaşayış binası dağılıb, yanğınlar başlayıb.

 

Həmçinin 65 yaşlı yerli sakin yaşayış binasına düşən mərmi nəticəsində həlak olub.

 

Martın 5-də səhər saatlarında Kupyanskın təkrar atəşə tutulması nəticəsində şəhərdə nəqliyyat infrastrukturu obyektinə ziyan dəyib. Mərmi dəmiryol vağzalının binasına düşüb.

 

Dnepropetrovsk vilayətində parlayış səsləri eşidilməsi barədə də məlumatlar var.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?